...

Rusiyada səsi dəyişən “Telegram” botların təşviqi qadağan olunub

Dünya xəbərləri Materials 7 Noyabr 2025 12:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskva məhkəməsi səsi saxtalaşdıra bilən “Telegram” botlarla bağlı təbliğat xarakterli informasiyanın yayılmasını qadağan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məhkəməyə müvafiq iddia ilə Moskvanın Mərkəzi inzibati dairəsinin prokuroru müraciət edib. Aparılan yoxlama zamanı internetdə istifadəçilərə mobil telefon zəngləri zamanı səsi dəyişmək imkanı təklif edən bir neçə bot aşkarlanıb.

Məhkəmənin materiallarında qeyd olunur ki, belə xidmətlərə sərbəst çıxış cəmiyyət arasında cəzasız şəkildə cinayət törətməyin mümkünlüyü barədə yanlış təsəvvür yarada, həmçinin dövlət orqanlarının və yerli özünüidarəetmə institutlarının nüfuzuna xələl gətirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti