...

Şəkərli diabet xəstələrinn insulin və digər dərmanlarla təminatı gücləndirilməlidir – Səbinə Əliyeva

Cəmiyyət Materials 7 Noyabr 2025 12:05 (UTC +04:00)
Şəkərli diabet xəstələrinn insulin və digər dərmanlarla təminatı gücləndirilməlidir – Səbinə Əliyeva
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə digər ölkələrin müsbət təcrübələri nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatının gücləndirilməsi zəruridir.

Trend xəbər verir ki, bunu bu gün İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ombudsman bildirib ki, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti