...

Xankəndi Zəfər Günü konsertinə hazırlaşır (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2025 12:39 (UTC +04:00)
Xankəndi Zəfər Günü konsertinə hazırlaşır (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın 8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq.

Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib.

Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır.

Şəhər bayram ab-havasına bürünüb. Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda mahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5 illiyi qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti