...

İstanbul Prokurorluğu 17 futbol hakiminin həbsinə dair order verib

Dünya xəbərləri Materials 7 Noyabr 2025 13:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhər Baş Prokurorluğu Türkiyə Superliqası klublarından “Eyüpspor”un prezidenti Murat Özka və 17 hakimin həbs ilə bağlı order verib.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.

TFF prezidenti İbrahim Hacıosmanoğlu bildirib ki, hazırda fəaliyyət göstərən 571 peşəkar hakimdən 371-nin bukmeker şirkətlərində qeydiyyatdan keçmiş hesabları aşkarlanıb ki, bu da Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qaydalarının birbaşa pozulması deməkdir.

Onlardan 152-si futbol matçları ilə bağlı mərc oyunlarında aktiv iştirak edib.

Hazırda ən azı 18 nəfər şübhəli şəxs qismində saxlanılıb. Ümumilikdə istintaq çərçivəsində 21 həbs orderi verilib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) daxili araşdırma apararaq bəzi hakimlərin mərc oyunlarında iştirak etdiyini müəyyən edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti