...

"Kalmaegi" qasırğası Vyetnamda azı 5 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 7 Noyabr 2025 17:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Şərqi Asiyada tüğyan edən dağdıcı “Kalmaegi” qasırğası Vyetnam sahillərində azı 5 nəfərin həyatına son qoyub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Kalmaegi” qasırğası Vyetnam sahillərinə çatdıqdan sonra özü ilə güclü küləklər və leysan yağışları gətirib, ölkənin mərkəzi vilayətlərində genişmiqyaslı dağıntılara səbəb olub.

Yerli rəsmilərin məlumatına görə, Dak Lak vilayətində üç, Qia Lai vilayətində isə iki nəfər həlak olub. Quang Nqai bölgəsində daha üç nəfər itkin düşüb.

Bundan əvvəl “Kalmaegi” Filippində azı 188 nəfərin həlak olmasına səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti