...

“Zəfərə açılan pəncərə” bədii-sənədli filminin təqdimatı keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 7 Noyabr 2025 21:00 (UTC +04:00)
“Zəfərə açılan pəncərə” bədii-sənədli filminin təqdimatı keçirilib (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Kino Mərkəzində “Zəfərə açılan pəncərə” bədii-sənədli filminin təqdimatı keçirilib.

Trend xəbər verir ki, zəfərimizin 5 illiyinə həsr olunan filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır.

Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə köçürülüb.

Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.

Film Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Audiovizual Şura, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, “Qulp” Studiyası və “Referans Medical Group”un birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti