Bakı. Trend:
Macarıstan və ABŞ arasında atom enerjisi sahəsində əməkdaşlıq barədə saziş imzalanacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə Budapeşt Vaşinqtondan nüvə yanacağı idxal edəcək.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə atom enerjisi sahəsində əməkdaşlığa dair mühüm hökumətlərarası saziş imzalayacaqlar.
Sazişin bu gün Vaşinqtonda iki ölkə liderinin görüşü zamanı imzalanacağı gözlənilir.