Bakı. Trend:
Dehlinin İndira Qandi adına beynəlxalq hava limanında texniki nasazlıq baş verib ki, bu da 400-dən çox reysin gecikməsinə səbəb olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hava limanının nümayəndələri bütün uçuşların dayandırıldığını bildiriblər və texniki nasazlığın ən qısa zamanda aradan qaldırılması üçün iş aparıldığını qeyd ediblər.
Hindistanın aparıcı aviaşirkətləri - “Air India” və “IndiGo” sərnişinləri Nyu-Dehli hava limanından uçuşlarda mümkün gecikmələr barədə xəbərdar ediblər.
