...

"İnter" ingiltərəli müdafiəçini transfer etmək istəyir

İdman Materials 7 Noyabr 2025 18:59 (UTC +04:00)

Bakı. Trend:

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend İtaliya KİV-ə istinadən xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.

A Seriyası nəhəngi Konsanı qışda heyətinə qatmağı planlaşdırır. "İnter"in 28 yaşlı mərkəz müdafiəçisinin keçidini 35 milyon avroya yekunlaşdıracağı bildirilir.

Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti