Bakı. Trend:
Xocəvənd rayonunun Hadrut qəsəbəsi üzrə yaşıllıq və abadlaşdırma işləri aparılacaq.
Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, qurum hazırda qəsəbədə abadlıq işlərini görəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda dövlət xidməti Hadrut qəsəbəsində görüləcək işlərin 2,658 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Xocavənd rayonunun Hadrut qəsəbəsi 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Digər azad edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunur. Qəsəbədə ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcəyi bildirilir. Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz Hadrutda yaşayır.
