...

Xaçmazda müalicə alan Vətən müharibəsi iştirakçısı və ehtiyatda olan hərbi qulluqçu ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2025 15:39 (UTC +04:00)
Xaçmazda müalicə alan Vətən müharibəsi iştirakçısı və ehtiyatda olan hərbi qulluqçu ziyarət olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr – Zəfər Günü ərəfəsində Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Vətən müharibəsi əlili Yusif Əsədullayevi və ehtiyatda olan hərbi qulluqçu Əziz Tağıyevi ziyarət edib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Elnur Rzayev hər iki şəxsin səhhəti ilə maraqlanıb, onlara şəfa arzulayıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev hər iki hərbi qulluqçunun müayinə və müalicəsinin uğurla davam etdirildiyini bildirib.

Yusif Əsədullayev və Əziz Tağıyev göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti