...

Maliyyə Nazirliyi depozit hərracında 1 milyard manatdan çox vəsait yerləşdirib

İqtisadiyyat Materials 7 Noyabr 2025 15:45 (UTC +04:00)
Maliyyə Nazirliyi depozit hərracında 1 milyard manatdan çox vəsait yerləşdirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 7-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 1 milyard 90 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti