...

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydalarla müəyyənləşdiriləcək

Cəmiyyət Materials 7 Noyabr 2025 15:58 (UTC +04:00)
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydalarla müəyyənləşdiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydalarla müəyyənləşdiriləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunacaq.

Fərmana əsasən, Nazirlər Kabineti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Xəbər lenti

Xəbər lenti