Bakı. Trend:
Erik ten Haq yenidən “Ayaks”ı çalışdıra bilər.
Trend xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, Con Heytinqanın istefasından sonra Amsterdam klubunun keçmiş baş məşqçisinə təklif göndərdiyini, hələlik Ten Haqın cavabının bəlli olmadığını bildirib.
Xatırladaq ki, "Ayaks" Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. Komandalar arasındakı qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.