Bakı. Trend:
Litva Avropa İnvestisiya Bankı (AİB) ilə ölkənin müdafiə ehtiyaclarının təmin olunması məqsədilə 300 milyon avro məbləğində kreditin ayrılmasını nəzərdə tutan saziş bağlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, sənədi Litvanın maliyyə naziri Kristupas Vaytekunas və AİB-in vitse-prezidenti Karl Nehammer imzalayıblar.
“Məbləğ həm hərbi proqramlar çərçivəsində, həm də ikili təyinatlı məhsullar üçün istifadə olunacaq”, - deyə litvalı nazir sazişin imzalanmasından sonra keçirilən mətbuat konfransında bildirib.
Vəsaitin dəniz və hava qüvvələrinin infrastrukturuna, quru qoşunlarının inkişafına, eləcə də təcili tibbi yardım texnikası və avadanlıqlarının alınmasına yönləndirilməsi nəzərdə tutulur.
