Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Pakistan arasında ticarət əməliyyatlarının həcmi 20,7 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 5,8 milyon ABŞ dolları və ya 38,7% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Pakistana 3,2 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 152,3 min ABŞ dolları və ya 48,6 dəfə azdır.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında Pakistandan Azərbaycana 20,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 5,9 milyon ABŞ dolları və ya 40,1% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.
