Bakı. Trend:
Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri –
Zəfər Gününün 5 illiyi qeyd olunur.
Bu münasibətlə Unibank KB ASC Zəfəri bizə yaşadan qəhrəmanlara
dərin ehtiramını bildirərək, “YAŞAT” Fondunun keçirdiyi marafona
100 000 manat ianə edib.
Unibank üçün şəhid və qazi ailələrinə dəstək, Bankın korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.
“Unibank”ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü göstərir.
“Zəfər sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və
minnətdarlıqla yaşadılır.
Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman Unibankın
diqqət mərkəzindədir. Bu dəstək həm borcumuz, həm də qürurumuzdur,”
– deyə Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti
icra edən Heybət Qədirov bildirib.
Bu Zəfər bizimdir, bu minnətdarlıq hamımızındır.
Unibank – Sənin Bankın!