...

Milli Məclisin deputatı ABŞ-də Azərbaycandakı sosial islahatlar barədə məruzə edəcək

Siyasət Materials 7 Noyabr 2025 15:34 (UTC +04:00)
Milli Məclisin deputatı ABŞ-də Azərbaycandakı sosial islahatlar barədə məruzə edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, o, Vaşinqton Universitetində təşkil ediləcək Qlobal Tədqiqat Mükəmməlliyi mövzusuna həsr olunmuş beynəlxalq konfransa qatılacaq, “Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda çıxış edəcək.

Səfər çərçivəsində Milli Məclisin deputatı Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil ediləcək Beynəlxalq Sosial İslahatlar barədə konfransda da iştirak edəcək, Azərbaycanda həyata keçirilən sosial islahatlar və inklüziv sosial tədbirlər barədə məruzə edəcək.

Səfər noyabrın 14-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti