...

Azərbaycanda sığorta əhatəliliyinin artırılması müzakirə edilib

İqtisadiyyat Materials 7 Noyabr 2025 17:14 (UTC +04:00)
Azərbaycanda sığorta əhatəliliyinin artırılması müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta əhatəliliyinin artırılması müzakirə edilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.

Görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə sığorta sektorunun fəaliyyət nəticələri, üzləşdiyi çağırışlar və ümumilikdə sektorun davamlı inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə həmçinin qarşıdakı dövr üçün strateji hədəflər, eləcə də sığorta əhatəliliyinin artırılması və sektorda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti