...

Britaniya Suriya liderini "qara siyahıdan" çıxarıb

Dünya xəbərləri Materials 7 Noyabr 2025 17:40 (UTC +04:00)
Britaniya Suriya liderini "qara siyahıdan" çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa və daxili işlər naziri Ənəs Xattab barəsində tətbiq etdiyi sanksiyaları ləğv edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi (OFSI) tərəfindən yayılan bildirişdə qeyd olunur.

Bildirişə əsasən, onların adları sanskiyalar siyahısından xaric edilib və bundan sonra akvitləri dondorulmaya məruz qalmayacaq.

Oktyabrın sonunda Böyük Britaniya “Həyat Təhrir əş-Şam” terror təşkilatları siyahısından çıxarıb ki, bu da Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. London mart ayında Dəməşqə qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına başlayıb. Xüsusilə, Mərkəzi Bank da daxil olmaqla bir sıra banklara və neft şirkətlərinə qarşı məhdudiyyətlər ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti