Bakı. Trend:
Türkiyədə İzmir sularında çətin vəziyyətdə qalmış qanunsuz miqrantlar xilas olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, üzərində 40-ı uşaq olmaqla 64 nəfərin olduğu rezin qayığın mühərriki sıradan çıxıb. Köməyə gələn sahil mühafizə xidmətinin əməkdaşları onları xilas ediblər.
