...

Azərbaycan Ordusu istənilən döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər - Ehtiyatda olan kapitan

Cəmiyyət Materials 8 Noyabr 2025 12:50 (UTC +04:00)
Azərbaycan Ordusu istənilən döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər - Ehtiyatda olan kapitan
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi ilə bütün dünyaya sübut etdik ki, istənilən döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər.

Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında ehtiyatda olan kapitan Ramil Bədəlov deyib.

O, Zəfərin həm xalq, həm də ordu üçün misilsiz önəm daşıdığını bildirib. Kapitan Ramil Bədəlov bildirib ki, o, Aprel döyüşləri, Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında iştirak edib:

"Mən həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətən müharibəsinin, eləcə də antiterror əməliyyatlarının iştirakçısıyam. Bu gün biz qələbəmizin 5-ci ilini qeyd edirik və bununla fəxr edirik. Şadıq ki, xalqımıza bu qələbə sevincini yaşada bildik. Bu, bizim müqəddəs borcumuz idi və biz həmin vəzifənin öhdəsindən layiqincə gəldik".

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan uğurlar bir daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü və peşəkar ordularından biridir:

"Bütün dünya gördü ki, Azərbaycan Ordusu istənilən döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər. Biz bunu xüsusilə Şuşa döyüşlərində sübut etdik. Həmin döyüşlər bir çox ölkələrin orduları üçün ağlasığmaz əməliyyat hesab edilirdi. Biz yalın əllərlə qayalara dırmanaraq, düşməni məhv edib şəhəri azad etdik. Bu, həm qəhrəmanlıq, həm də milli ruhun zirvəsi idi".

Ehtiyatda olan zabit Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqını və Silahlı Qüvvələrin şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib:

"Bu qələbənin memarı olan Ali Baş Komandana, Ordumuzun bütün qəhrəman zabit və əsgərlərinə minnətdaram. Eyni zamanda, bu zəfərin əldə edilməsində canını fəda etmiş şəhid qardaşlarıma Allahdan rəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyirəm".

Ramil Bədəlov vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü təkcə Azərbaycanın deyil, bütün türk dünyasının şərəf və birlik rəmzidir:

"Zəfər Günü xalqımızın birliyinin, dövlətimizin gücünün və igid oğullarımızın qanı ilə yazılmış tarixdir. Bu qələbə nəsillər boyu qürurla xatırlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti