Bakı. Trend:
Baltik dənizində NATO-nun sualtı qayıqlara qarşı mübarizə üzrə birgər hərbi-dəniz təlimləri başlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsveçin ərazi sularında keçən “müharibə oyunlarında” NATO-nun birinci daimi hərbi dəniz qrupu ilə yanaşı, İsveç və Almaniya hərbi dəniz qüvvələrinin gəmiləri iştirak edir.
Bundan əvvəl İsveç hökuməti hərbi dəniz təlimlərinin 10-14 noyabr tarixlərində keçiriləcəyini bəyan etmişdi. Təlimlərin erkən keçirilməsinin səbəbi aydınlaşdırılmayıb.
