...

Futzal millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

İdman Materials 8 Noyabr 2025 17:38 (UTC +04:00)
Futzal millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

Bakı. Trend:

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın futzal millisi A qrupunda son oyununu keçirəcək.

Trend xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 20:00-da son oyununa çıxacaq.

Qeyd edək ki, millimiz qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti