Bakı. Trend:
Türkiyənin “Qalatasaray” klubu Argentina yığmasının və ABŞ-nin “İnter Mayami” komandasının hücumçusu Lionel Messinin transferi ilə maraqlanır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mətbuatın məlumatına görə, Türkiyə klubu hücumçu ilə ABŞ-nin Əsas Futbol Liqasında (MLS) mövsümlərarası fasilə dövründə dörd aylıq qısamüddətli icarə müqaviləsi bağlamaq istəyir.
MLS-də müntəzəm çempionat oktyabrda başa çatacaq, "pley-off" mərhələsi dekabra qədər davam edəcək, bundan sonra yeni mövsümədək liqada dörd ay davam edən fasilə olacaq.
Qeyd olunur ki, məhz bu fasilə Messinin 2026-cı il dünya çempionatı öncəsi formasını qorumaq məqsədilə “Qalatasaray”a keçidə razılıq verməsinə səbəb ola bilər.
