Bakı. Trend:
Yaponiya hökuməti 43 yaşlı kənd təsərrüfatı naziri Norikadzu Sudzuki tərəfindən ilk dəfə irəli sürülən düyü talonlarının paylanması təşəbbüsünü iqtisadi tədbirlər paketinə daxil etməyi planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bir neçə gün əvvəl Sudzuki qiymət artımına qarşı mübarizə tədbiri kimi düyü talonlarının paylanmasını təklif etmişdi.
Məlumata görə, bəzi bələdiyyələr artıq ehtiyat vəsaitlərdən, o cümlədən müavinətlərdən istifadə edərək oxşar tədbirləri tətbiq etməyə başlayıblar.
Jurnalistlərin məlumatına əsasən, hökumət müavinətlərin verilməsini genişləndirməyi və tədbirlər paketinə düyü talonlarından məqsədli istifadəni əlavə etməyi planlaşdırır.
