...

Zəfər günü ilə bağlı Şuşa şəhər 1 saylı tam orta məktəbdə də tədbir keçirilir (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2025 11:19 (UTC +04:00)
Zəfər günü ilə bağlı Şuşa şəhər 1 saylı tam orta məktəbdə də tədbir keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa.Trend:

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümü ilə bağlı Şuşa şəhərində “8 Noyabr- Zəfərin təntənəsi” adlı silsilə tədbirlər keçirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə 8 Noyabr Zəfər günü ilə bağlı Şuşa şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilir. Məktəbin dəhlizində məktəblilərin zəfər günü mövzusunda hazırladıqları əl işləri və rəsm əsərləri sərgilənir. Tədbirdə məktəblilərin Zəfər gününə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri nümayiş olunacaq. Tədbir günü münasibətilə məktəblilərin hazırladığı ədəbi – bədii kompisiyalar nümayişi nəzərdə tutulub.

Həmçinin, Şuşa şəhər 1 saylı məktəbin şagirdləri və Qarabağ Universitetinin tələbələrinin birgə hazırladığı "Səninlə fəxr edirəm" adlı tamaşa nümayişi olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti