...

"Fiorentina" yeni baş məşqçisini açıqladı

İdman Materials 7 Noyabr 2025 20:47 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Trend xəbər verir ki, Florensiya təmsilçisini Paolo Vanoli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Paolo Vanolinin son iş yeri "Torino" olub. "Fiorentina" isə Stefano Pioli ilə yollarını ayırıb.

Xəbər lenti

Xəbər lenti