Bakı. Trend:
Məşhur mesajlaşma tətbiqi "WhatsApp" yeni funksiyasını təqdim edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, artıq istifadəçiləri ləqəb (nik) vasitəsilə tapmaq və onlara zəng etmək mümkün olacaq.
Bildirilib ki, bu yenilik telefon nömrələrinin məxfiliyini qorumaqla istifadəçilərin əlaqə yaratmasını asanlaşdırır.
Funksiya "Telegram"da olan oxşar xüsusiyyətə bənzəyir və yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacaq.