...

Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2025 14:08 (UTC +04:00)
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Zəfər Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri düzüb, dahi liderin xatirəsinə ehtiram nümayiş etdirib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, üzərinə qızılgüllər düzülərək xatirəsi hörmətlə yad olunub.

Sonra Şəhidlər xiyabanına gələn hərbi qulluqçular Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət Hərbi Memorial Məzarlığı ziyarət edib.

Burada hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə gül dəstələri düzülərək ruhları hörmətlə anılıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti