...

Azərbaycanlı atıcıdan yeni dünya rekordu

İdman Materials 8 Noyabr 2025 18:59 (UTC +04:00)
Azərbaycanlı atıcıdan yeni dünya rekordu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

Trend xəbər verir ki, 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayan milli komandanın üzvü bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

Xəbər lenti

Xəbər lenti