...

"ING" Türkiyədə 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib

İqtisadiyyat Materials 8 Noyabr 2025 12:46 (UTC +04:00)
"ING" Türkiyədə 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın "ING" bank qrupu Türkiyədə 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib.

Trend bu barədə bank qrupuna istinadən xəbər verir.

"ING" analitiklərinin təxminlərinə görə, 2025-ci ildə Türkiyədə illik inflyasiya səviyyəsi 35,1 faiz, 2026-cı ildə 25,3 faiz təşkil edəcək, 2027-ci ildə isə onun 18,7 faizə qədər azalacağı gözlənilir.

Türkiyənin Statistika İnstitutunun (TurkStat) məlumatlarına görə, Türkiyədə illik inflyasiya səviyyəsi sentyabr ayında 33,29 faiz civarında olub, hərçənd daha əvvəl 32,5 faiz təşkil edəcəyi proqnozlaşdırılırdı. Avqust ayında isə həmin göstərici 32,95 faiz civarında olub.

Bildirilir ki, illik ifadədə qiymətlərin ən çox artımı təhsil sahəsində (66,1%), mənzil sektorunda (51,36%), eləcə də qida məhsulları və alkoqolsuz içkilər kateqoriyasında (36,06%) qeydə alınıb.

Ən az bahalaşma geyim və ayaqqabı (9,8%), rabitə (23,2%) və spirtli içkilər ilə tütün məmulatları (24,49%) sahələrində müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti