Bakı. Trend:
Braziliyada güclü tornado Rio-Bonito-du-İquasu şəhərini viran qoyub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Parana ştatının Mülki Müdafiə Xidmətinin məlumatına görə, təbii fəlakət azı 130 nəfərin yaralanmasına səbəb olub, beş nəfərin həlak olduğu təsdiqlənib.
İriqmiqyaslı dağıntılara səbəb olan tornadonun gətirdiyi küləyin sürəti saatda 250 kilometrə qədər yüksəlib.
