...

“Zəfər turu”: “Zirə” və “Turan Tovuz” arasında oyun qolsuz bərabərliklə başa çatıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 8 Noyabr 2025 21:20 (UTC +04:00)
“Zəfər turu”: “Zirə” və “Turan Tovuz” arasında oyun qolsuz bərabərliklə başa çatıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Misli Premyer Liqasının XI turu çərçivəsində daha bir qarşılaşma keçirilib.

Trend xəbər verir ki, “Turan Tovuz” səfərdə “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra “Turan Tovuz” 22 xalla turnir cədvəlinin liderliyini qoruyub. 20 xalı olan “Zirə” isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli”ni 1:0, “Sumqayıt” “Qəbələ”ni 2:0, “Araz-Naxçıvan” isə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib. XI tura noyabrın 9-da yekun vurulacaq.

xxx

18:00

Misli Premyer Liqasında “Zəfər turu” davam edir.

Trend xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılır.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə “Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə yüksələcək.

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1

Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe Santos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. “Zirə” - “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu

9 noyabr (bazar)

15:44. “Kəpəz” - “Sabah”

18:44. “Qarabağ” - “Neftçi”

7 noyabr (cümə)

“Şamaxı” - “İmişli” - 1:0

“Qəbələ” - “Sumqayıt” - 0:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti