...

Misli Premyer Liqasında 11-ci turun oyunları keçiriləcək

İdman Materials 8 Noyabr 2025 09:31 (UTC +04:00)
Misli Premyer Liqasında 11-ci turun oyunları keçiriləcək

Bakı. Trend:

Misli Premyer Liqasında “Zəfər turu” davam edir.

Trend xəbər verir ki, bu gün 11-ci turun daha iki matçı keçiriləcək.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edəcək. Hazırda “Araz-Naxçıvan” 16 xalla 6-cı pillədə qərarlaşıb. Elmar Baxşıyevin komandası son 3 turda qələbə qazana bilməyib. 5 xala malik “Karvan-Yevlax” isə turnir cədvəlində 11-cidir. Yevlax klubu son 4 turda xal üzünə həsrətdir.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz klubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə yüksələcək.

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” - “Karvan-Yevlax”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. “Zirə” - “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu

9 noyabr (bazar)

15:44. “Kəpəz” - “Sabah”

18:44. “Qarabağ” - “Neftçi”

7 noyabr (cümə)

“Şamaxı” - “İmişli” - 1:0

“Qəbələ” - “Sumqayıt” - 0:2

Xəbər lenti

Xəbər lenti