...

TDT Baş katibi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO)

Siyasət Materials 8 Noyabr 2025 11:04 (UTC +04:00)
TDT Baş katibi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə Kubançıbek Ömüralıyevin “X” hesabındakı paylaşımında qeyd olunub.

“8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”, - Ömüraliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti