...

Senatorlar şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir - Tramp

Dünya xəbərləri Materials 8 Noyabr 2025 04:59 (UTC +04:00)
Senatorlar şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir - Tramp

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Senatının üzvləri şatdaunu dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk etməməlidir.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Əgər onlar razılığa gələ bilməsələr, Respublikaçılar Partiyasının təmsilçiləri dərhal filibasteri ləğv etməlidir”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, filibaster ABŞ Senatında tətbiq olunan bir parlament prosedurudur və bu, azlıqda olan senatorlara bir qanun layihəsinin qəbulunu gecikdirməyə və ya tamamilə dayandırmağa imkan verir. Senatda normalda bir qanun layihəsi sadə çoxluqla (51 səs) qəbul edilir. Hökumətin maliyyələşməsinə dair qanun layihəsi isə 60 səs toplamaldır. Filibaster səsə qoyulsa və bu Senatda səs çoxluğuna malik Republikaçılar Partiyasının senatorları tərəfindən qəbul edilsə, hökumətin maliyyələşməsi üzrə qanun layihəsi üçün 60 səslik baryer adadan qalxacaq.

Xəbər lenti

Xəbər lenti