...

Avropadakı ABŞ hərbçilərinin sayı dəyişmir - Tramp

Dünya xəbərləri Materials 8 Noyabr 2025 03:39 (UTC +04:00)
Avropadakı ABŞ hərbçilərinin sayı dəyişmir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropada yerləşən Amerika qoşunlarının ümumi sayı hazırda sabit qalır, baxmayaraq ki, ABŞ hərbçilərinin bir hissəsi Rumıniyadan çıxarılıb.

Trend xəbər verir ki, Tramp bu fikri Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Biz müəyyən dəyişikliklər edirik, qoşunların yerləşdirilməsində yeniliklər var. Lakin bu, ümumi sayın azalması demək deyil. Sadəcə, şəxsi heyətin dislokasiyası dəyişdirilir”, – deyə Tramp qeyd edib.

O əlavə edib ki, bu qərar Pentaqon tərəfindən müstəqil şəkildə qəbul edilməyib.

“Xeyr, Müdafiə Nazirliyi rəhbərliyi mənim göstərişlərimi nəzərə almadan heç bir addım atmır”, – deyə Tramp vurğulayıb.

Xəbər lenti

Xəbər lenti