...

A Seriyasında ayın "ən yaxşı"ları bəlli oldu

İdman Materials 7 Noyabr 2025 23:45 (UTC +04:00)
A Seriyasında ayın "ən yaxşı"ları bəlli oldu

Bakı. Trend:

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyada ayın ən yaxşı məşqçisi mükafatına layiq görülüb.

Trend xəbər verir ki, oktyabr ayında 67 yaşlı mütəxəssisin rəhbərliyi altında paytaxt klubu İtaliya çempionatında 4 oyundan 3-də qalib gəlib, yalnız “İnter”ə (0:1) uduzub.

Ayın ən yaxşı futbolçusu isə “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Angissa seçilib. Kamerunlu futbolçu oktyabrda A Seriyasında keçirdiyi 4 oyunda 3 qol vurub.

Zambo-Angissa bu ada uğrunda “Kremoneze”dən Federiko Bonatçoli, “İnter”dən Hakan Çalhanoğlu, “Bolonya”dan Nikolo Kambyaqi, “Kalyari”dən Elia Kaprile və “Milan”dan Rafael Leau kimi futbolçuları qabaqlayıb.

Xəbər lenti

Xəbər lenti