Bakı.Trend:
Türkiyə Xarici İşlər Nazirliyi 8 noyabr – Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Trend xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Azərbaycan xalqının əzmkarlıq və qəhrəmanlıqla qazandığı zəfərin beşinci ildönümünü təbrik edir, vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik", - deyə paylaşımda bildirilib.
