Bakı.Trend:
Bu gün Azərbaycanın qələbəsinin və xalqının birliyinin rəmzidir.
Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında şotlandiyalı turist Stiv deyib.
“Biz bu gün burada Azərbaycan vətəndaşlarının 8 Noyabr – Zəfər Gününü qeyd etmələrinə dəstək olmaq üçün gəlmişik. Bu, Azərbaycan xalqı və şəhid ailələri üçün çox önəmli gündür”, – deyə o vurğulayıb.
Stiv Azərbaycanın xarici siyasətinin və ordusunun beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb:
“Azərbaycanın çox güclü ordusu var. Gənclər vətənpərvərdir, ölkələri üçün döyüşməyə hazırdırlar. Bu da artıq sübut olunub. Burada çoxlu bayraqlar, vətəninə qürurla yanaşan gənclər görürəm. Onlar Azərbaycanlı olduqları üçün fəxr edirlər".
Şotlandiyalı qonaq sonda əlavə edib ki, Zəfər Günü həm Azərbaycan xalqı, həm də dost ölkələr üçün qürur və birliyin simvoluna çevrilib.
