Bakı. Trend:
Vətən müharibəsidəki zəfər Azərbaycanın birliyini və yenidən qovuşmasını simvolizə edir.
Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında Almaniyadan Azərbaycana gəlmiş turist deyib.
"Almaniyadan gəlmişəm və hazırda Bakıda qalıram, çünki qızım burada yaşayır. Buna görə də bu xüsusi günü burada qeyd etmək fürsətim oldu", - turist bildirib.
O vurğulayıb ki, bu gün Azərbaycan üçün çox önəmli bir gündür:
"Artıq beş ildir ki, Azərbaycan Qarabağ müharibəsində qələbə qazanıb və bu torpaqlar öz sahiblərinə – azərbaycanlılara qayıdıb. Bu, bütöv Azərbaycanın birliyini və yenidən qovuşmasını simvolizə edir. Beynəlxalq müstəvidə də Azərbaycanın bu qələbəsi və siyasəti yüksək qiymətləndirilir. Müharibə heç vaxt yaxşı bir şey deyil, amma bu gün sülh var. Qarabağ Azərbaycana məxsusdur və artıq müharibə yoxdur. İnsanlar ölmür, bu, ən böyük nailiyyətdir".
"Bu gün burada çoxlu insanın bayram əhval-ruhiyyəsində olduğunu görürəm. Onlar bu günə – Zəfər Gününə sevinərək, qürurla toplaşıblar. Bu bayram həm Azərbaycan xalqı, həm də dövlət üçün çox mühüm bir gündür. Bu, həm də sülhün, birliyin və qələbənin rəmzidir", - Almaniyalı turist qeyd edib.
