Bakı. Trend:
ABŞ Xəzinədarlıq Nazirliyi və Maliyyə Nazirliyinin sanksiyalarla məşğul olan ofisi (OFAC) Suriya Prezidenti Əhməd əl-Şara və Daxili İşlər Naziri Anas Xattabın ABŞ-nin “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu” (SDGT) siyahısından çıxarıldığını açıqlayıb. Bu addım Donald Trampın Suriya ilə bağlı siyasətindəki son dəyişikliklərin bir hissəsidir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda Birləşmiş Millətlər Təhlükəsizlik Şurası (BMT-TŞ) ABŞ-nin təşəbbüsü ilə Əl-Şara və bəzi digər şəxslərə qarşı tətbiq olunmuş bəzi sanksiyaların ləğvi ilə bağlı qətnaməni qəbul edib; qətnamə 14 səs lehinə, Çin isə bitərəf qalıb. BMT-nin qərarı Suriya rəhbərliyinin beynəlxalq səviyyədə reinteqrasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilir.