Tərtər. Trend:
Tərtər narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü N.Məmmədliyə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
N.Məmmədli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
