...

Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb

Dünya xəbərləri Materials 12 Avqust 2020 21:00 (UTC +04:00)
Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb

Bakı. Trend:

Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası düşüb.

Trend-in məlumatına görə, davada iştirak edənlərdən azı 8 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.

Dava iştirakçıları avtomat silahlardan və tapançalardan atəş açıblar. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti