...

İranda gündəlik koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 18 Sentyabr 2020 13:53 (UTC +04:00)
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 3 049 koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 416198 nəfərə çatıb. Virus daşıyıcılarından 3869 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 144 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 23 952 nəfərə yüksəlib.

İranda indiyədək 355 505 nəfər koronavirusdan sağalıb. Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 3,69 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti