...

Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb

Dünya xəbərləri Materials 14 May 2021 00:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 238 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 44 059 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 11 534 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 083 996 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 55 472 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 856 763 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti