...

Nyu-Yorkda atışma baş verib

Dünya xəbərləri Materials 16 May 2021 07:51 (UTC +04:00)
Nyu-Yorkda atışma baş verib

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərinin Bronks bürosunda atışma baş verib.

Trend-in "NBC" teleşirkətinə istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 21:00-da baş verən atışma nəticəsində azı 5 nəfər yaralanıb.

Məlumata əsasən, yaralılardan birini polis əməkdaşları hadisə yerində aşkarlayıblar, digər yaralanan şəxslər isə yaxınlıqdakı xəstəxanaya müraciət ediblər.

Atışmanın səbəbi və şübhəlilər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti