...

Meksikada ağır yol qəzası olub, ölənlər var

Dünya xəbərləri Materials 25 May 2021 01:03 (UTC +04:00)
Meksikada ağır yol qəzası olub, ölənlər var

Bakı. Trend:

Meksikanın mərkəzindəki San-Luis-Potosi ştatında iki avtomobilin toqquşması nəticəsində üçü uşaq olmaqla 9 nəfər öldü.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzetinin saytında bildirilib.

Faciə Rioverde ərazisindəki magistral yolda baş verib. Hadisə yerində xilasedicilər və regional prokurorluğunun əməkdaşları işləyir.

Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti