...

Taliban bütün əcnəbilərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verib

Dünya xəbərləri Materials 16 Avqust 2021 00:49 (UTC +04:00)
Taliban bütün əcnəbilərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verib

Bakı. Trend:

"Taliban" hərəkatı Kabildə xarici vətəndaşlara və xarici diplomatik nümayəndəliklərə heç bir təhlükə yaratmayacaq.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində taliblərin rəsmi nümayəndəsi Zabihulla Mücahid yazıb.

Z.Mücahid bildirib: "Kabildəki bütün səfirliklərə, diplomatik nümayəndəliklərə və xarici vətəndaşlara tam təhlükəsizlik təminatı veririk. Kabildəki hər kəs bilməlidir ki, onlar üçün heç bir təhdid yoxdur".

Həmçinin qeyd edilir ki, İslam Əmirliyi (Əfqanıstan - red.) döyüşçüləri Kabildə və ölkənin digər şəhərlərində təhlükəsizliyi təmin etməyə çağırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti